Şirkətimizdə fəaliyyət göstərən Marketinq məktəbi qısa müddətli (24-72 saat) kurslardan ibarətdir. Marketinq Konsepsiyası və Satış Alətlərinə əsaslanmış kurslar böyük və kiçik, o cümlədən məhsul və xidmətlərin istehsal, idxal, distributor, topdan və pərakəndə satış, bank, sığorta, avtomobil dilerləri, daşınmaz əmlak, səyahət agentliyi, tibbi xidmət və digər şirkətlər üçün yararlıdır.

Sənaye:İstehsal, Topdansatış və Xidmət bazarları
Mal Qrupu:İstehlak və Sanaye malları, İstehlak və Biznes xidmətləri
Treninqin Fənni:Marketinq, Satış, Müştəri Xidmətləri
Məqsədli Qrup:Strateji Biznes Vahidlərinin rəhbərləri (SBV), marketinq, satış və xidmət personalı
Kursların davamı:12 saat
Kursların dili:Təlimlər Azəri və Rus dillərində keçirilir.
Qiymətləndirmə:Hər korporativ təlim kursunun başlanğıcında iştirakçılar – peşələrindən asılı olaraq öz vəzifə borclarının yerinə yetirilməsinə aid mövcud bilik və bacarıqları əks etdirən 30 TEST sualından ibarət “İlkin Qiymətləndirmə” imtahanı verir.
Sertifikatların təltifi:Hər korporativ təlim kursunun sonunda əldə etdiyi bilik səviyyəsini təsdiq edən “Yekun Qiymətləndirmə” imtahanının eyni 30 TEST suallarının 70%-nə düzgün cavab verən təlim iştirakçısına “STmark” MMC tərəfindən SERTİFİKAT təltif edilir.
Sertifikatların təltifi üzrə ümumi Siyasət:Hər hansı bir üzrlü/qeyri-üzrlü səbəblə ümumilikdə 3 saat müddətində kursda olmayan iştirakçı “Yekun Qiymətləndirmə” imtahanında iştirak etmir və o, kursu DİNLƏYİCİ kimi bitirmiş hesab edilir (ona SERTİFİKAT təltif edilmir).
KEYFİYYƏTƏ təminat:İlk gün kursun gedişindən tamamilə narazı qaldıqda və bu barədə “STmark” MMC şirkətinə deyildikdə edilmiş ödəmələrin tam məbləği sifarişçiyə geri qaytarılır.
X