43181398427788250414     Stmark şirkəti Azərbaycanın tanınmış şirkət və müəssisələrinin təmsil olunduğu Amerika Ticarət Palatasına üzv olmaqla inkişafında yeni mərhələyə qədəm qoydu.

     İqtisadi inkişaf prosesində fəal iştirak etmək, ümumdünya marketinq və konsaltinq şirkətləri ilə təcrübələri bölüşmək, yerli biznesin effektivliyini artırmaq, Azərbaycan və xarici biznes cəmiyyətlərində təmsil olunmaq məqsədi ilə STmark Marketing & Consulting Amerika Ticarət Palatasına (AmCham) üzv oldu. İqtisadiyyatın inkişafına yönəlmiş layihələrdə iştirak təcrübələrinə əsaslanaraq, şirkət assosiasiyanın digər üzvləri ilə işgüzar fəaliyyətlə bağlı ümumi məsələləri müzakirə edəcək və bu məsələlərin həlli istiqamətində təkliflər verə biləcəkdir.

     AmCham (Azərbaycanda Amerika Ticarət Palatası) Azərbaycanda biznes subyektlərinin maraqlarını qoruyan, onların maraqlarına xidmət edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. Assosiasiya 1996-cı ildə yaranıb və Azərbaycan iqtisadiyyatının bütün sektorlarını əhatə edən 305 üzvü var.

X